Deputat Elnur Allahverdiyev Hərbi Qənimətlər Parkından yazdıbackend

Deputat Elnur Allahverdiyev Hərbi Qənimətlər Parkından yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tia.az xəbər verir ki, deputat Elnur Allahverdiyev öz facebook hesabında Hərbi Qənimətlər Parkı haqda paylaşım edib.

Elnur Allahverdiyevin statusunu olduğu kimi təqdim edirik:

“Ermənistanın “İravunk” qəzeti Bakıda açılmış Hərbi Qənimətlər Parkı ilə bağlı yazır: “Bakıda açılan Hərbi Qənimətlər Parkında Əliyev müharibədə öldürülən erməni hərbçilərin dəbilqələrinin yanından keçir. Bu cür alçaldıcı vəziyyətlə barışa bilmirik…”.

Bakıda Hərbi Qənimətlər Parkının açılışı Ermənistanın 30 illik “yenilməz erməni ordusu” barədə təbliğatına tutarlı cavabdır. Parkda nümayiş olunan məhv edilmiş və qənimət olaraq ələ keçirilmiş hərbi texnika erməni əsgərinin Azərbaycanın qalib əsgəri qarşısında məğlubiyyətidir. Ermənilərin bu rəzil duruma səssiz qalmalarını gözləmək təbii ki, sadəlövhlük olardı. Yerevanın XİN səviyyəsində bəyanat verməsi və erməniləri daima müdafiə edən bir sıra beynəlxalq media orqanları, “hüquq müdafiə təşkilatları”nın qaldırdıqları hay-küy bir daha sübut edir ki, acı məğlubiyyəti həzm edə bilməyən düşmənin təbliğati təxribatları aktuallığını saxlamaqdadır. Məhv edilmiş erməni işğalçılarının kaskalarının nümayiş etdirilməsi Yerevandakılara möhkəm təsir edib. Qərbdəki qaralama, ləkələmə, şər-böhtan ruporunu işə salan ermənilər #Azərbaycan şəhəri Şuşanın girişinə qoyduqları işğalçı tank abidəsini unudublar? Yerevanda fəaliyyət göstərən “Xocalı” restoranını necə?

Şəkilə diqqətlə baxın. Ermənilər Birinci Qarabağ savaşında ələ keçirdikləri azərbaycanlılara məxsus avtomobillərin nömrələrindən stend düzəldib gələn-gedənə nümayiş etdirməklə nə məqsəd güdüblər? Stendin məhz harada qurulması necə, təsadüfdürmü? Ermənipərəst media və təşkilatlar bu barədə nə deyə bilərlər?”

TİA.AZ