Dənizçinin nəşi Bakıya gətirildibackend

Dənizçinin nəşi Bakıya gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi azərbaycana gətirilib.

Məlumata görə, Fərman İsmayılovun nəşi bir neçə dəqiqə əvvəl Bakı hava limanına çatıdırılıb.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.