Dəlisov prezident, diktator, separatçı lider – Nobel Sülh Mükafatının əsas namizədləribackend

Dəlisov prezident, diktator, separatçı lider – Nobel Sülh Mükafatının əsas namizədləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya, ABŞ və Şimali Koreya liderləri 2018-ci ilin Nobel Sülh Mükafatını qazana bilərlər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna baxmayaraq, Şimali Koreya lideri Kim Çen Inın Qərb dünyası tərəfindən diktator adlandırılması ciddi problem yarada bilər.

 

Bu mükafatı hər il dünyada sülhün əldə olunması üçün ən çox xidmət göstərən şəxs ya təşkilat qazanır. Bu il namizədlərin sayı 331 olub ki, onların da 216-cı siyasətçi və 115-i təşkilatdır.

 

Mükafatı qazanmaq üçün ən şanslı namizədlər ABŞ prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çje İn sayılır.

Məhz onların sayəsində yarımadada nüvə sınaqları baş vermir. Digər tərəfdən, Şimali Koreya lideri ilə Sinqapurda görüşən Tramp da əsas namizədlər arasındadır.

 

Bundan başqa, katalon separatçılarının lideri Karles Puçdemon, Roma Papası I Fransisk və blogger Raif Bədəvi də var.