Buker 50 ilin ən yaxşı müəllifini seçirbackend

Buker 50 ilin ən yaxşı müəllifini seçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buker beynəlxalq mükafatının xüsusi jürisi son 50 ildə bu mükafatı alan ən yaxşı müəlliflərin qısa siyahısını tərtib ediblər

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, jüri Buker mükafatının təsis olunduğu 1969-cu ildən bəri hər onillik üçün bir kitab seçib.
Siyahıya briyaniyalı yazıçı Hilari Mentelin “Canavar zalı”, kanadalı Maykl Ondatjenin “İngilis xəstə” və amerikalı Corc Sondersin “Linkoln Bardoda” kitabları daxil olub. Həmçinin hind mənşəli ingilis yazıçısı Vidiadxar Naypol “Azad dövlətdə”və britaniyalı Penelopa Layvli “Ay pələngi” romanları ilə bu siyahıya düşüblər.
Yarıməsrin ən yaxşı müəllifini xalq səsverməsi yolu ilə seçəcəklər. Səsvermənin nəticələri iyulun 8-də bəlli olacaq.