“Buça qətliamını törədən briqadadan qisas alındı” – Ukrayna Ordusubackend

“Buça qətliamını törədən briqadadan qisas alındı” – Ukrayna Ordusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Buça qətliamında iştirak etmiş hərbçiləri aşkarlayaraq qisas alındığını bəyan edib.  Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, Rusiya ordusu xeyli itkilər verib.

“Kiyev yaxınlığındakı Buçada vəhşiliklər törətmiş rus işğalçıları Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında itki veriblər. Mövcud məlumatlara görə şəhərdə dinc əhaliyə qarşı törədilən qırğınlar, işgəncə və zorakılıqlarda fəal iştirak edən 64-cü əlahiddə motoatıcı briqadanın bölmələri İzyum qəsəbəsi ərazisində fəaliyyət göstərirlər”, – məlumatda deyilir.

Həmçinin saytlar iddia edirlər ki, Ukrayna hərbçiləri Buçada daha çox qadınları zorlamaqla məşğul olmuş 64-cü briqadanın qrupunu əsir tutublar.