Bu xəstələrə də pensiya veriləcək – VİDEObackend

Bu xəstələrə də pensiya veriləcək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onkoloji və dağınıq skleroz xəstələri pensiya ala biləcəklər.

TİA.AZ xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov “Xəzər Xəbər”ə deyib ki, onkoloji xəstələrin və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.

Millət vəkili bildirib ki, bu kateqoriyadan olan şəxslərə pensiya təminatında bir sıra məqamlar nəzərə alınacaq. Bu xəstəliklərdə pensiyaya çıxmaq imkanlarının  əhatə dairəsi daha da genişlənəcək.

Millət vəkili əlavə edib ki, qanun layihəsinə təklif edilən dəyişiklik müzakirə olunaraq parlametin plenar iclasına tövsiyə olunub.