Bu qərar bank sektorunda kredit faizlərinin artmasına səbəb olacaq – Ekspertbackend

Bu qərar bank sektorunda kredit faizlərinin artmasına səbəb olacaq – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu qərar ancaq bank sektorunda kredit faizlərinin artmasına səbəb olan amilə çevriləcək”.
Bunu  açıqlamasında iqtisadçı Natiq Cəfərli Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini artırması ilə bağlı qərarını şərh edərkən deyib. Ekspert hesab edir ki, Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsinin artırması dünyada gedən proseslərlə və Azərbaycandakı infliyasiya səviyyəsinin yüksək olması ilə izah olunur:
“Amma Azərbaycanda infliyasiyanın sürətlə getməsinin əsas səbəbi Mərkəzi Bankın uçot dərcəsi deyildi. Azərbaycanda qiymət artımının özünün spesifik xüsusiyyətləri var. Hər bir halda Mərkəzi Bankın bu addımı ölkədə yüksək olan kredit faizlərini bir az da artıracaq. Yəqin ki, kredit faizlərinin – həm istehlak, həm də biznes kreditlərində, fərdi və hüquqi şəxslərə verilən kreditlərdə təqribən 0,5-1% artım olması gözlənilir. Mərkəzi Bankın bu qərarı həmişə daha çox bank faizlərinə təsir göstərir, nəinki infliyasıyanı aşağı salır”.
Natiq Cəfərli Azərbaycanda infliyasiyanı yaradan amillərin daha fərqli olmasını təəssüf hissi ilə diqqətə çatdırıb:
“Azərbaycanda rüsumların, vergilərin yüksək, inhisarçılıq meyillərinin, bazarda oyunçu sayının az olmasından, rəqabət mühitinin zəifliyindən və bir çox başqa amillərdən doğur”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi artırılaraq 6,5%-dən 7%-ə çatdırılması barədə qərar qəbul edib.