Bu gün elektron cihazlarınızda problem yaranacaq – XƏBƏRDARLIQbackend

Bu gün elektron cihazlarınızda problem yaranacaq – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Yer kürəsinin güclü bir Günəş fırtınasının təsiri altına düşəcəyi bildirilib.
Qaynarinfo xarici mətbuata istionadən xəbər verir ki, mütəxəssislər fırtına səbəbindən elektron cihazlar və peyk əlaqə sistemlərində problemlərin yarana biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Günəşin üzərində olan 2 böyük dəliyin yerə istiqamətlənməsi ilə bərabər Yer kürəsi güclü təsirə məruz qalacaq.
Günəş fırtınası Avropanın şimalında güclü qütb parıltılarının görünməsinə səbəb olacaq.
Qütb işıqlarını İslandiya, Norveç, Finlandiya və İsveçdən də izləmək mümkün olacaq.