Birinci qrup əlilin maşınını girov qoyub 6000 manat pulunu mənimsədilər-VİDEObackend

Birinci qrup əlilin maşınını girov qoyub 6000 manat pulunu mənimsədilər-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayon Ərkivan qəsəbə sakini Əhmədov Əhməd Ramiz oğlu başına gələn hadisə ilə bağlı Cənubunsəsi.az xəbər portalına danışıb. Şikayətçi Əhmədov Əhməd Ramiz oğlunun şikayətini olduğu kimi təqdim edirik:

“Mən Əhmədov Əhməd Ramiz oğlu Masallı rayon Ərkivan qəsəbə sakinyəm. Özüm hal – hazırda Masallı rayon Mişkəmi kəndində  ailəmlə birlikdə yaşayıram. Taksi fəaliyyəti ilə məşğulam , dostların, qohumların köməkliyi ilə maşın almışam. Masallı rayon Köhnə bazar ərazisində taksi xidməti göstərərkən bir nəfər şəxs mənə yaxınlaşıb onu Hotelə aparmağımı dedi və mənd ə onu hotelə apardım. Hotelə apararkən yolda mənə suallar verdi ki, “sənin əl – ayağın niyə zəif  işləyir nə olub sənə ? ” Mən də cavabında dedim ki , mən 1 – ci qrup əliləm . Sonra mənə  özünü təqdim elədi ki , “adım Kamal İsmayılovdur”.
Özünü SOCAR-ın işçisi kimi  təqdim elədi:

“Mən ezam olaraq gəlmişəm, məni Lənkəran şəhərinə göndəriblər, Lənkərandan gəlmişəm. Masallıda qazi ailələri ilə görüşürəm”. Sonra mənə dedi ki ,”mən sənə köməklik etmək istəyirəm, xəstəliyinlə əlaqədar istəyirəm ki , səni ya işlə, ya da ki,  Sosial yardımla təmin edim”.  Və başladı həkimlərə zəng etdi, bir neçə adamla danışdı. Sonra onu Hotelə aparıb çatdıranda məndən nömrə istədi. Sonra Hoteldən qayıdarkən dedi gəl məni apar Boradigah  qəsəbəsində yerləşən  xəstəxanaya. Mən də onu Boradigah  xəstəxanasına gətirərkən yenidən suallar verdi , zəng etdi nazirliyə  və mənə dedi ki, “narahat olma sosial yardımlada təmin olunacaqsan , amma mənə  sənədləri təqdim etməlisən”.  Boradigahda işi qurtarandan sonra mənə dedi ki, “gedək sənədlərini mənə təqdim et, göndəriş edim ki, sənin sosial yardım işin düzəlsin, həm də səni işlə təmin edim “. Gəldik  evə . sənədlərimə baxdı. Axşam saatları idi ,sənədlərə baxdıqdan sonra mən ona dedim ki ,”qonağım olun sabah gedərsiz” o da qəbul etdi . Bir gün bizdə qaldı, biz daha da yaxından tanış olduq.

O bir çox adamlara zəng edirdi;müğənnilərə, meyxanaçılara.  Dedi ki,  “Badamdar qəsəbəsində yaşayıram, orada bir çox müğənni ilə qonşuyam”. Manaf Ağayev və sairələrin adlarını çəkdi , hətta Vasif Əzimov, Orxan Lökbatanlının qohumlarını Socar-da işlə təmin etdiyini bildirdi,ona görə də istədiyim vaxt onlarla əlaqə saxlaya biləcəyini, o insanların məndən asılı olduğunu  dedi. Hətta dedi ki , hər hansı biri mənim zəngimi açmasa onların qohumların işdən çıxartdıraram. Belə yalanlar danışaraq məni özünə inandırdı  ki , həqiqətən SOCAR- ın işçisidir, SOCAR -da işçi qəbul edən budur. Məndə ona dedim ki, mən 1 – ci qrup əliləm bəs işlə necə təmin olunacam ? Axı dövlət işidir, necə işləyəcəm? O da mənə əminliklə dedi ki , “narahat olma hamısı mənlikdir mən adi adam deyiləm , mənim dayılarım prezidentin köməkçiləridir , atamın Şuşa şəhərində obyektləri var , maşınları var böyük bir adamdır , bacım Bakı şəhərində  bağça müdirəsidir” . Özünü böyük bir adam kimi təqdim etdi məni SOCAR- da sürücü kimi  işlə təmin edəcəyini bildirdi . Dedi ki, “amma maşını dəyişmək lazımdır , çünki maşınım 4 nəfərlikdir bizə daha böyük maşın lazımdır” . Sonra mənə dedi ki, Turbo.az-a daxil olub oradan maşın tapmaq lazımdır. Sonra biz Turbo.az-a daxil olduq ,amma mən  orada şübhələnşdim.Çünki həmən nömrəni yığmadı  , danışırdı kimləsə , hətta bir çox adamlarla. Mənim  bildiyimə görə bunlar bir qrupdular . Zənglərdə səsucaldıcı ilə danışırdı. Amma nazirliklə belə danışa bilməz . Nazirliyə zəng edib deyirdi ki , nə lazımdı mən edirəm saxta yollada  olsa sosial yardımla təmin edim . Mən də ona bildirdim ki , axı mənim adımda maşın var , mənə sosial yardım düşmür… O isə mənə cavabında dedi ki , mənim üçün problem deyil, hətta elə danışdı ki , guya nazirlikdə pul qəbul edir və  Sosial yardımla təmin edir . Bu formada yalanlar da danışdı, SOCAR-ın da adına ləkə gətirdi .

Sonra dedi ki, noyabrın 8 – i  biz Bakıda olmalıyıq ,maşını  Gürcüstandan  gəlib  Meyvəlidədi  . Biz bu maşını girova qoyub pul götürməliyik  pul çatmır. Kamal İsmayılov dedi ki , kartımda   pul var   amma yenə də pul çatmır , ardını da düzətməliyik . Biz Bakı şəhərinə getdik .Noyabrın 8- də getdik ,orada Polis İdarəsinin qarşısında adamlarla görüşdü və orada maşını girov qoyulmasını dedi  .Ancaq özü danışdı oradakı şəxslər də yaxınlaşdı .Maşını girov qoydu  pulu isə Kamal İsmayılova verdilər ,mənə  yox . Mən də pulu Kamal İsmayılova verəndə dedim ki,  pulu maşına qoy, sənədləri hazırla . Mənə dedi ki , 3 – 5 gün ərzində maşını girovdan götürəcəyik ,narahat olma 5 günə mən səni işlə təmin edəcəm ,aldığımız maşınla da  SOCAR – da işləyəcəksən.

Oradan bizim hesabımıza pul köçürüləcək və sənin maşınıvı girovdan çıxaracağıq və sən işə başlayacaqsan . O pulu alandan sonra pulu götürüb qaçdı.mən əlil olduğuma görə maşından düşə bilmədim heç bir şey edə bilmədim . Mən hal – hazırda  dövlətimizdən, polisimizdən , imkanlı şəxslərdən xahiş edirəm bu məsələ barədə mənə köməklik göstərsinlər  ki , həmin şəxs tapılsın və mənə dəyən ziyan ödənilsin çünki mən taksi fəaliyyəti ilə məşğulam, başqa heç bir yerdən gəlirim yoxdu. Maşınımda ki, girovdadır . Maşını 1 aydan sonra aparacaqlar, amma ki , mən o maşınla çörək qazanırdım indi isə çarəsiz qalmışam, nə edəcəyimi bilmirəm sizdən çox xahiş edirəm mənə köməklik göstərəsiniz”.
Masallı rayon Ərkivan qəsəbə sakini Əhməd Əhmədov