Biləsuvar rayonunda icazəsiz ova cəhd edənlər saxlanılıblarbackend

Biləsuvar rayonunda icazəsiz ova cəhd edənlər saxlanılıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Biləsuvar rayonu ərazisində brakonyerliyə qarşı mübarizə məqsədilə reydlər keçiriblər.

Nazirliyin mətbuat xidmətindən TİA.AZ-a bildiriblər ki, reyd zamanı rayonun Paraval adlanan ərazisində icazəsiz ova cəhd edən 4 nəfər saxlanılıb və onlardan dörd ov tüfəngi götürülüb. Araşdırma zamanı onların Biləsuvar rayonun İsmətli və Ağayari kənd sakinləri Eldəniz Bəhmənov, Teymur Hüseynov, Elizvar Bəhmənov və Mahir Məmmədov olduğu müəyyənləşib.

Bundan əlavə, rayonun açıq ov sahəsində “Niva” markalı 12-BG-139 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobildən şahin quşunun ovlanması üçün 19 ədəd kustar üsulla düzəldilmiş tələ (cələ) və digər ləvazimatlar götürülüb. Araşdırma zamanı avtomobili idarə edən şəxsin rayon sakini Murad Novruzov olduğu müəyyənləşib.

Təqsirkarlar barəsində qanunauyğun tədbirlər görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.