TİA.AZ bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Məlhəm kəndində olub, filmin çəkilişlərində iştirak edən yerli sakinlərlə söhbətləşib.
Korifey sənətkarları – Həsənağa Turabovu, Səyavuş Aslanı, Nəsibə Zeynalovanı, Səməndər Rzayevi, Hacı İsmayılovu, Yaşar Nurini, Arif Quliyevi və digərlərini yaxından görməyin özü o vaxt kənd adamları üçün hadisə idi. Həmin günlərin şahidi olan sakinlər öz xatirələrini müxbirimizlə bölüşüblər.
Filmin kadrarxası maraqlı epizodlarından biri ötən il 85 yaşında vəfat etmiş kənd sakini Rəhilə Əhmədova ilə aktyor Hacı İsmayılov arasında olan söhbətdir. Belə ki, kütləvi səhnələrdə fəal iştirak edən bir qrup kənd sakinindən pasportlar yığılır və onların hər birinə pul hesablanır. Pullar verilərkən Rəhilə Əhmədova soruşur:
Bir əhvalat da yerli partiya təşkilatının katibi ilə Həsənağa Turabov arasında olub. Çəkiliş aparılarkən üzüm yığımının qızğın çağı idi. Adamların cəmləşdiyi bir səhnə ekranlaşdırılarkən katib gəlir və təsərrüfat işlərinə mane olduqları üçün çəkiliş qrupunu acılayır. Bərk mübahisə düşür, hətta tərəflər bir-birinə ağır sözlər deyirlər. Məsələ böyüyərək rayon partiya komitəsinə, milisədək gedib çıxır…