“Bank of Baku Prezidentin dollar kreditləri bağlı fərmanını sabotaj edir”-ŞİKAYƏTbackend

“Bank of Baku Prezidentin dollar kreditləri bağlı fərmanını sabotaj edir”-ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ bildirir ki,Həsən Babayev adlı “feysbuk” istifadəçisi şəxsi səhifəsində Bank of Baku haqda  tənqidi status paylaşıb.O statusunda Bank of Baku-nu vətəndaşlara ödəniləcək kompensasiyanı gecikdərməkdə günahlandırır.TİA.AZ Həsən Babayevin şikayətini olduğu kimi təqdim edir:

” Prezident İlham Əliyevin dollar kreditləri ilə bağlı imzaladığı məlum fərmandan sonra fevral ayının 22-dən etibarən vətəndaşlara kompensasiyaların ödənilməsinə başlanılıb. Bir çox banklar bundan reklam vasitəsi kimi istifadə etməyi fürsətini də əldən vermədilər. Artıq bankların çoxu 500 manatdan artıq olan kompensasiyaların hesablara köçürülməsi üçün vətəndaşlarla müqavilə bağlayıb, çoxu kartları da təqdim edib. Bank of Baku isə yenə də öz ampulasındadır, vətəndaşları süründürməklə məşğuldur. Bank 500 manatdan çox olan kompensasiya almalı olan vətəndaşları “gedin sms göndəriləndə gələrsiz”, “Kartlar hələ hazır deyil”, “Gedin gələn həftə gələrsiz” kimi davranışlarla süründüməçiliyə məruz qoyurlar. Yoldaş bank rəhbəri və ya rəhbərliyi, nümayiş etdirdiyiniz davranış, kompensiyasiyanın ödənilməsində yol verdiyiniz yuxarıda qeyd etdiyim hallar ölkə başçısının fərmanını sabotaj etməkdir. Zəhmət olmasa, əziyyət deyilsə, bu süründürməçiliyinizdən əl çəkin və insanlara çatmalı olan kompensasiyanı vaxtında ödəyin. Onsuz da vətəndaşlar dollar kreditləri ilə bağlı kifayət qədər stress, əsəb, problem yaşayıblar. Krediti bir gün gecikdirən kimi vətəndaşı az qalırsız edam edəsiz. Zəhmət çəkin kompensasiyanı da maksimum tez ödəyin”

TİA.AZ