Bakının kirayə bazarında QITLIQ YARANDI: – Köhnə məhəllələr sökülüb, yeni təkliflərsə yoxdurbackend

Bakının kirayə bazarında QITLIQ YARANDI: – Köhnə məhəllələr sökülüb, yeni təkliflərsə yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədris ilinin başlanması ilə əlaqədar kirayə bazarında canlanma və bahalaşma müşahidə olunur.

Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimli Cebhe.info-ya açıqlamasında bildirib ki, avqust ayının sonlarında 3.8 faiz bahalaşma müşahidə olunub: “Adətən sentyabr ayında da bahalaşma olur. Əvvəlki illərdə də bu aylarda 8-12 faiz qiymət artımı olurdu, sonra isə qiymətlər öz məcrasına qayıdırdı. Amma bu il bazarda qıtlıq da müşahidə olunur. Tələbə uyğun təklif yoxdur”.

Nüsrət İbrahimli kirayə üçün təklif olunan evlərin sayının azalmasını bəzi məhəllələrin sökülməsi ilə əlaqələndirib: ““Sovetski”ni, Alatavanın bir hissəsini, “Xutor”u söküblər. Bunların yerində isə yeni təkliflər yoxdur. Tələbələr adətən bu cür məhəllələrdəki ucuz evləri seçirlər. İndi isə ucuz evləri tapmaq çətinləşib”. 

Nüsrət İbrahimli deyir ki, bu da qiymətlərin artım tempinin davam edəcəyini gözlənilən edir.