Bakıda yas mərasimində mərhumun ikinci arvadı döyüldü – QƏRARbackend

Bakıda yas mərasimində mərhumun ikinci arvadı döyüldü – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Səma Qədirovanın (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 15 aprel 2022-ci il tarixdə, saat 11 radələrində paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən mərasim evində qeydə alınıb.

 

Belə ki, Səma Qədirova mərhumun qeyri-rəsmi nikahında olan ikinci arvadı, zərərçəkmiş Nazilə Malıyeva (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmiş məclisi idarə edən mollanın əyləşdiyi masada əyləşməsini özü üçün qəbul edilməz hal hesab edib. Səma da bunu cüzi səbəb gətirərək, həmin yas mərasimində iştirak edən çoxsaylı insanların gözü qarşısında xuliqanlıq niyyəti ilə Naziləyə qəsdən əli ilə fiziki ağrılar yetirib. Sonra o, zərərçəkmişin sağ qolundan tutub əyləşdiyi masadan çəkərək, yerə tərəf itələyib. Daha sonra Səma zərərçəkmişi yerin bərk səthinə zərbə ilə vuraraq ona xəsarətlər yetirib.

 

Hadisədən sonra Səma Qədirova cinayət məsuliyyətinə cəlb edilib.

 

Səbail Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

Qeyd: Səma Qədirova Bakıda səhiyyə sahəsindəki qurumların birinin mühasib vəzifəsində çalışır.