backend

Bakıda qaz kəmərində partlayış: yanğın başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qaz kəmərində partlayış olub. 

Bakıda qaz kəmərində partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

SOCAR Səngəçalda qəsəbəsindəki qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayışın baş verdiyini təsdiqləyib.

SOCAR-dan -a verilən məlumata görə, xəsarət alan yoxdur.

Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür.

***

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, yanğın yaşayış məntəqələrindən kənarda baş verib: “Partlayış qaz kəmərinin dağlıq ərazidən keçən hissəsində baş verib. Ona görə də hadisə nəticəsində xəsarət alan olmayıb”.

“Azəriqaz” İstehsalat Birliyindən -a verilən məlumata görə, yanğın “Socar”ın ixrac kəmərində baş verib.Ona görə də hadisə əhaliyə təbii qazın verilişinə təsir etməyib.

(apa)