Bakı üzrə ən yüksək yoluxma faizi Sabunçu rayonundadırbackend

Bakı üzrə ən yüksək yoluxma faizi Sabunçu rayonundadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı şəhərində yoluxma 50 faizin üzərindədir”.

Tia.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O, Bakının rayonları üzrə yoluxma statistikasını açıqlayıb: “Sabunçu rayonunda ötən həftə ərzində yoluxma halları 12.4 faiz, Yasamalda 12.3 faiz, Binəqədidə 12.3 faiz, Xətaidə 11.6 faiz, Nəsimi rayonunda 11 faiz, Suraxıda 9.4 faiz, Nərimanovda 9.1 faiz, Nizami rayonunda 7.2 faiz, Qaradağ rayonunda 7 faiz yoluxma təşkil edib”.

O bildirib ki, Bakının digər rayonlarında yoluxma 4 faizdən aşağı olub.