Bakı metrosunda qorxulu anlar: tunel tüstüləndibackend

Bakı metrosunda qorxulu anlar: tunel tüstüləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Bakı Metropoliteni QSC-nin “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında hərəkət edən qatarlarında qrafikində təxminən 20 dəqiqə gecikmə qeydə alınıb.

Report xəbər verir ki, “Xətai” stansiyasındakı sərnişinlərə yaranmış nasazlıqla əlaqədar qatarın müəyyən müddət platformada qalacağı bildirilib.

Bu xəbərdarlıqdan sonra isə sərnişinlər arasında təşviş yaranıb və onlar vaqonları tərk etməyə başlayıblar.

Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, gecikməyə səbəb adı çəkilən stansiyalar arasındakı tuneldə elektrik xətlərində yaranmış qısaqapanma olub. Son nəticədə tuneldə tüstülənmə baş verib.