“Azərsu” ASC dəyəri 768 min manat olan tenderə bu gün yekun vurub.
Qaynarinfo xəbər verir ki, ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansında olan nəqliyyat vasitələri və qurğuların yüksək təzyiqli yanacaq nasosu və yanacaq püskürücülərinin təmiri işlərinin və tələb olunan ehtiyat hissələrinin satın alınması müsabiqəsini “İRZS MOTORS” MMC qazanıb.