Azərbaycanlı “qatillər”in Rusiyada ürəkparçalayan hekayəsibackend

Azərbaycanlı “qatillər”in Rusiyada ürəkparçalayan hekayəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə Rusiya KİV-də Rusiya İstintaq Komitəsi Orenburqdan olan biznesmenin və birinci sinif şagirdi oğlunun öldürülməsinin açılması ilə bağlı məlumat yayımladı, daha sonra isə şübhəli şəxslər azadlığa buraxıldı.

Oxu.Az xəbər verir ki, bu məqalədə oxucular Orenburqda baş verən dəhşətli cinayətdən, qatil kimi təqdim olunan iki əmioğlunun taleyindən və sonda onların azadlığa buraxılması haqqında məlumat əldə edəcəklər.

QƏTL

2018-ci il yanvarın 17-də Orenburqda dəhşətli qətl törədilib. “Land Cruiser” markalı ağ cipdə 35 yaşlı biznesmen (17 bıçaq yarası) və onun azyaşlı oğlunun (15 bıçaq yarası) cəsədi aşkarlanıb.

Qətlin ilk günlərində şahidlərin ifadələrinə əsasən, polis “Priora” markalı qara avtomobilin axtarışına başlayıb. Bundan sonra cipin arxa oturacağındakı qırmızı kanistr və başqa materialların araşdırılmasına başlanılıb. Bir sözlə, uzun müddət polis bu işlə bağlı heç bir dəlil aşkar etməyib.

CİNAYƏTKARLAR TAPILDI

Uzun müddətdən sonra, daha dəqiq desək, martın 9-da “Oren-TV” “Telegram” kanalında cinayətkarın saxlanılması ilə bağlı məlumat yayımlanıb.

Onlar Orenburq vilayətinin Abdulinsk rayon sakinləri Müşfiq Quliyev, əmisi oğlanları Ramin Şahmarov və Müşfiq Şıxalıyev olub.

İŞGƏNCƏ

Daha sonra baş verənlər isə heç bir mənəvi çərçivəyə sığmır.

Qardaşları Müşfiq Quliyevin ifadəsindən sonra həbs etdilər:

“Mən orada baş verən hər şeyi görmüşəm, amma bunu edən mən deyiləm. Mən onlarla orada olmuşam. Digər iki şübhəli cipin sürücüsü ilə dalaşdılar. Mən bıçağın çıxarıldığını gördüm. Daha sonra uşaq maşından düşdü. Şübhəlilərdən biri onu avtomobilə saldı. İçəridə nə baş verdiyini bilmədim”.

Proses zaman üzləşdirmə keçirilib. Qardaşlar “Quran”a əl basaraq, yalan danışmayacağını bildiriblər. Ancaq Quliyev bundan imtina edib. Bu, onun ifadəsi ilə bağlı şübhələr yaradıb.

Qardaşların hadisə vaxtı başqa şəhərdə olması ilə bağlı kifayət qədər sübut olsa da, polis “işi”ni davam etdirirdi.

Qardaşlara işgəncə verdilər, döydülər, alçaltdılar…

“Döyürdülər. Başıma sellofan torba keçirmişdilər və oksigenim çatmırdı. Üç-dörd dəfədən sonra huşumu itirdim. Onlar mənim öləcəyimdən qorxdular. Yerə sərildim”, – Şahmarov deyib.

Eyni vaxtda istintaq komitəsinin əməkdaşları onun əmisi oğluna da eyni işgəncələr verirdilər.

Şıxalıyev bildirib ki, onu döyüb və ayaqlarına elektroşok veriblər:

“Ayılanda tualetə getmək istədiyimi dedim. Bu zaman onlar dedilər ki, tualetə ancaq mənim başımı unitaza salmaq üçün apara bilərlər”.

Təkcə şübhəlilər işgəncələrə məruz qalmayıb. Polis əməkdaşları qardaşların evinə gələrək, onların həyat yoldaşlarını da təhqir ediblər. Uşaqların dindirilmə prosesi isə məktəbdə keçirilirdi.

Bir sözlə, uzun sürən işgəncələrdən sonra onlar tələb olunan sənədi imzaladılar.

MƏHKƏMƏ GÜNÜ

Məhkəmənin ilk günündə hər üç şübhəli barəsində həbs qərarı çıxarıldı. Məhkəmə qərar çıxardıqdan sonra Quliyev qışqırmağa başladı:

“Mənə söz vermişdilər ki, azadlığa buraxacaqlar. Niyə həbs edirsiniz?! Öz ifadələrimdən imtina edirəm!”

Bu zaman Quliyev dedi ki, saxlanıldıqları birinci gündən işgəncələrə məruz qalıblar. O, istintaqçılara döyüldüyünü və görmə qabiliyyətinin bu səbəbdən zəiflədiyini bildirib.

Həmin gün Müşfiq Şıxəliyevin və Ramin Şahmarovun azadlığa buraxılması ilə bağlı qərar qəbul edildi.

Cinayətin açılması və şübhəlilərin saxlanılması ilə bağlı məlumat açıqlayan İstintaq Komitəsinin mətbuat xidməti qardaşların cinayətlə əlaqəsi olmadığını bildirib.

TƏCRİDXANADAN DEPORTASİYAYA

Müşfiq Quliyevi isə iki aydan sonra azadlığa buraxdılar. Bununla onun çətinlikləri bitmədi. Məlum oldu ki, Quliyev həbsdə olan zaman onun miqrasiya kartının müddətinin başa çatdığı məlum olub.

Təcridxanadan polis əməkdaşları azərbaycanlını deportasiya mərkəzinə apardılar və tələb etdilər ki, o, Rusiya ərazisindən çıxarılsın. O, iki min rubl cərimələndi və deportasiya edilməsi ilə bağlı qərar qəbul edildi.

Related image

Məhkəmə onun təcridxanada olan zaman miqrasiya kartının müddətini uzatma qabiliyyətinin olmamasını nəzərə almayıb.

Bu aylar ərzində Müşfiq Quliyev xüsusi saxlanma təcridxanasında olub. Bir tərəfdən onun deportasiyası ilə bağlı qərar qəbul edilib, digər tərəfdən isə qətllə bağlı onun ölkədən çıxışına qadağa qoyulub. Quliyevin üzərindən ittiham götürülməyib.

Polislərin, ümumiyyətlə, nəyə görə Quliyevi həbs etmək qərarına gəldikləri məsələsinə isə nə vəkillər, nə tərcüməçi, nə də qardaşlar bir izah tapıblar.

İş adamı və oğlunun qətlindən səkkiz ay vaxt keçib. İstintaq Komitəsi tərəfindən saxlanılan üç azərbaycanlının bu hadisə ilə əlaqəli olmadığı aydınlaşıb. İşlə bağlı yeni şübhəlilər isə hələ də yoxdur.