Ötən gün Rusiyanın Belqorod vilayətinin Şebekino şəhəri atəşə tutulub.
TİA.AZ xəbər verir ki, “Telegram” kanallarında atışma zamanı çəkilmiş video yayılıb.
Kadrlarda partlayış səsləri, yaralılar və tüstü görünür. Həmin vaxt bir nəfər azərbaycanlı atəş nəticəsində yaralanmış şəxsin köməyinə gəlir.
Soydaşımız bütün təhlükələrə rəğmən, həyatını riskə atır və yaralı şəxsi təhlükəsiz əraziyə çıxarır.