Azərbaycanın da imtina etdiyi bayram – Zəhmətkeşlər günübackend

Azərbaycanın da imtina etdiyi bayram – Zəhmətkeşlər günü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 may tarixi dünyanın bəzi ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi qeyd edilir. Bu bayramın tarixi fəhlələrin ABŞ-da keçirdiyi etiraz aksiyasından başlayır.

Modern.az-ın məlumatına görə, 1896-cı ildə mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək nümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb edib. Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb. Sonaralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb. Üç il sonra, 1889-cu ildə fəhlə partiyalarının beynəlxalq birliyi – İkinci İnternasionalın iştirakçıları Paris konqresinə toplaşaraq 1 may gününü bütün dünya fəhlələrinin həmrəylik günü elan ediblər. Dünyada ilk dəfə 1890-cı ildə bu bayramı qeyd ediblər.

Bununla da fəhlələrinin tətil elan etdiyi 1 may tarixi zəhmətkeşlər günü kimə tarixə düşüb.

Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrlərdə, 1920-1991-ci illərdə 1 may ölkəmizdə də rəsmi bayram kimi qeyd edilib.
1992-ci ildə Azərbaycan hökuməti bu bayramı totalitar quruluşun ideoloji  atributu kimi ləğv edib.

Hazırda 1 may dünyanın 67 ölkəsdə işçi bayramı günü kimi qeyd edilir. Türkiyədə də Beynəlxalq Əmək Günü Taksim meydanında böyük coşqu ilə qeyd olunur.