Azərbaycanda yoluxma yenidən azaldı – 35 nəfər vəfat etdibackend

Azərbaycanda yoluxma yenidən azaldı – 35 nəfər vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 676 yeni yoluxma faktı qeydə alınıb, 2 168 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 311 465 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 276 934 nəfər müalicə olunaraq sağalıb, 4 342 nəfər vəfat edib. 30 189 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 070, bu günə qədər isə ümumilikdə 3 178 044 test icra olunub.
Son sutkada koronavirus əleyhinə 16 090 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 830, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 260 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 412 481, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 934 906, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 477 575 təşkil edir.