Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?backend

Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus əleyhinə vaksinasiyadan sonra tibb işçiləri arasında virusa yoluxma halının olub-olmaması məsələsinə münasibət bildirib.

TƏBİB-dən  cavab olaraq bildirilib ki, qurum Sumqayıt və Abşeron daxil olmaqla, digər bölgələrdə vaksinasiya aparır.

Bölgələrdə olan səhiyyə müəssisələrində COVID-19 əleyhinə peyvənd vurduran tibb işçilərində sonradan virusa yoluxma faktı qeydə alınmayıb”.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvənd ilkin mərhələdə risk qrupuna aid olan səhiyyə işçilərinə vurulub.