FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət “Bakı Sığorta” ASC-dir. Bu şirkət 9 ay ərzində 3,808 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 3 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “PAŞA Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 150,626 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 11,8% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “Azsığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 35,1% azalaraq 8,382 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Xalq Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 5,3% azalaraq 20,628 milyon manata düşüb.