“Avroviziya” təmsilçimiz bəlii oldu – FOTOLARbackend

“Avroviziya” təmsilçimiz bəlii oldu – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Musavat.com xəbər verir ki, konfransda telekanalın mərkəzi aparatının rəhbəri Faiq Qürbətov, İTV-nin musiqi, bədii və xüsusi layihələr departamentinin rəhbəri Leyla Quliyeva iştirak edib.

Leyla  Quliyeva bildirib ki, bu il noyabrın 25-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avroviziya yarışmasında Azərbaycanı təmsil edəcək iştirakçının adı bəllidir:

“Təmsilçimiz  Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adı düşən Fidan Hüseynovadır. O bir çox tanınmışlarla duet oxuyub. Düşündük ki, ölkəmizi ən yaxşı o təmsil edər. Onun müsabiqədə ifa edəcəyi mahnı hələlik məlum deyil.  Avroviziyanın qaydalarına əsasən mahnı ifaçının bilavasitə iştirakı ilə yazılmalıdır.  Hazırlıq işləri görülür. Üç həftə ərzində hər şey hazır olacaq. Biz yenidən media nümayəndələrini toplayıb, ətraflı məlumat verəcəyik”.

Fidan  Hüseynova deyib ki, müsabiqəyə tam hazırdır. Hədəfi isə qalib olmaqdır.

Sonda gənc ifaçı “Sarı gəlin” mahnısını canlı ifa edib.