AQTA-nın qərarından məhkəməyə şikayətbackend

AQTA-nın qərarından məhkəməyə şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qərarından məhkəməyə şikayət edilib.

Tribunainfo.az xəbər verir ki, qərardan şikayəti “Şahdağ Group” MMC verib. “Şahdağ Group”un şikayətinə əsasən AQTA İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə cərimələnə bilər.
AQTA İXM-nin 544.2-ci maddəsinin tələbini pozub. Tələbi pozulan maddəyə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

AQTA-nın işinə 2 aprel tarixində Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Roman