Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldıbackend

Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı

 

Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin ediblər.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər ki, qurumun Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus “Mercedes-Benz E 220” markalı avtomobil saxlanılıb.

 

2018-ci il buraxılışlı, “WDD2130041A514487” şassi nömrəli, “MDS 5062” qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub.

 

Araşdırma aparılarkən məlum olub ki, “Mercedes-Benz E 220” markalı avtomobil Almaniya Federativ Respublikasının Münxen şəhərində fəaliyyət göstərən “Sixt Gmbh & Co” kirayə şirkətinə məxsusdur.

 

Faktla bağlı araşdırma aparılır.