Ağstafa rayon Polis Şöbəsinə yeni rəis təyin olunubbackend

Ağstafa rayon Polis Şöbəsinə yeni rəis təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“Report”un  məlumatına görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinin rəisi təyin edilib.

O, bundan öncə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Kəpəz (Gəncə) RPİ-ə isə rəis vəzifəsinə hələlik təyinat olmayıb.