Ağdaşda ağır qəza: Bir ailənin 3 üzvü öldübackend

Ağdaşda ağır qəza: Bir ailənin 3 üzvü öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağdaş rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
TİA.AZ  “Report”a istinadən xəbər verir ki, rayonun Nehrəxəlil kəndində “Mercedes” və “VAZ” markalı minik avtomobillərinin toqquşması zamanı 1971-ci il təvəllüdlü Rahilə Əhmədova, nəvəsi, 2008-ci il təvəllüdlü Rahilə Əhmədova və 1984-cü il təvəllüdlü Seymur Əhmədov ölüb. Ölənlər “VAZ-2107” markalı avtomobilin sürücüsü, onun anası və qızıdır.
Hadisə zamanı habelə Dursun İsmayılova, Xəqan Əlizadə, Təbriz Əhmədov, İqbal Sabirli xəsarət alıblar.