Acı mənzərə: 200 milyon tələbə təhsilsiz qalıbbackend

Acı mənzərə: 200 milyon tələbə təhsilsiz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünyada ən azı 200 milyon şagird distant təhsilin olmadığı ölkələrdə yaşayır.
TİA.AZ xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) dərc etdiyi hesabatda deyilir.
Belə ki, 31 aşağı və orta gəlirli ölkədə ən azı 200 milyon uşaq distant təhsil ala bilmir.
BMT-nin Distant Təhsilə Hazırlıq İndeksinin təhlilinə əsasən, qiymətləndirilən 67 ölkədən 31-nin (əsasən Qərbi və Mərkəzi Afrikada) ənənəvi təhsilin təmin oluna bilmədiyi hallarda distant təhsil imkanlarını təmin edə bilmədiyi, 17-nin isə distant təhsil imkanlarını təmin edə bilmədiyi bildirilib. Təhlilə əsasən, ölkələr mülayim çıxışı təmin edə biliblər.
UNICEF məktəbəqədər təhsilin ən çox diqqətdən kənarda qalan təhsil qrupu olduğunu və bir çox ölkələrin Covid-19 epidemiyası zamanı müvafiq siyasət həyata keçirmədiyini bildirib.
Hesabatda təhsil sektorunda inkişafa ən çox ehtiyacı olan ölkələr arasında Benin, Burundi, Fil Dişi Sahili, Konqo, Efiopiya, Madaqaskar, Malavi, Niger və Toqo yer alıb.
UNICEF-in icraçı direktoru Henrietta Fore verdiyi açıqlamada texnologiyanın gücündən istifadə etmək, bütün uşaq və gənclər üçün təhsil imkanları təmin etmək üçün çox çalışdıqlarını söyləyib.
Hesabatda distant təhsilə çıxışda bərabər imkanların və bəzi ölkələrdə ənənəvi təhsili əvəz edəcək başqa təhsil sisteminin olmadığı qeyd olunur.