93 yaşlı baş nazir pensiya yaşı barədə zarafat edibbackend

93 yaşlı baş nazir pensiya yaşı barədə zarafat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malayziyanın 93 yaşlı baş naziri Maxatxir Məhəmməd Londonda öz həmvətənliləri ilə görüş zamanı zarafat edərək ölkəsində pensiya yaşının 95-ə qədər artırılacağını söyləyib.

“İndi Malayziyada pensiyaya çıxmaq yaşı 95-dir. Ümid edirəm ki, pensiya yaşına qədər yaşayacağam”, – Reyting.az bildirir ki, hökumət başçısı vurğulayıb.

Məlumata görə, görüşdə iştirak edənlər 2018-ci ilin may ayında baş nazir seçilən Maxatxir Məhəmmədin sözlərini gülüşlə qarşılayıblar.

Xatırladaq ki, Malayziyada pensiya yaşı həm kişilər, həm də qadınlar üçün 60-dır.