70 dərəcə şaxtada həyat – burada qaşıqlar havada donur FOTOLARbackend

70 dərəcə şaxtada həyat – burada qaşıqlar havada donur FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən soyuq yeri

Burada hətta yemək üçün nəzərdə tutulan qaşıqlar, bıçaqlar, yeməyin özü belə havada donur. Söhbət -70 dərəcə şaxtanın olduğu Antraktidadan gedir. Konkordiya stansiyasındaçalışan elm adamları məhz bu şəraitdə araşdırma aparmağa çalışırlar. Stansiyada çalışanlar arasında texniklər, alimlər, aşpaz və həkim də var.

Bura o qədər soyuqdur ki, 9 ay heç bir nəqliyyat gəlib-getmir. Konkordiyada çəkilən fotolar cazibə qüvvəsinə meydan oxuyurlar. Dəhşətli soyuq, şaxtalı hava şəraitinin çətinliklərini əyani şəkildə göz önünə sərənlərdən biri də burada çalışan Cyprien Verseux adlı gəncdir. Boş vaxtlarında blogerliklə məşğul olan elmi işçi çəkdiyi fotolarla dünyanı heyran edir.

“Bura dünyanın ən soyuq yeridir. Qışda temperatur -80 dərəcəyə çatır. Günəşi avqustda gördük. Oksigen olduqca azdır.
Qış başlayanda bizim təzə qidalarımız bitir. Adətən fevrala kimi dondurulmuş məhsullardan istifadə edirik.

Bizim burada olma məqsədimizdən biri də bəşəriyyətin bənzər şəraitdəki Ay və ya Marsda adaptasiyasının necə olacağını öyrənməkdir.