4-cü dəfə “Maşın”a qatıldı, hələ də uda bilmirbackend

4-cü dəfə “Maşın”a qatıldı, hələ də uda bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün “Maşın” realiti şousunun 16-cı buraxılışı start götürüb. “Xanımlar və cənablar – 2” devizi ilə başlayan proqramda 18 məşhur sima maşın uğrunda mübarizəyə atılıb. 
“Qafqazinfo” xəbər verir ki, iştirakçıların çoxu ilk dəfə qatılsa da, bəziləri isə 3- 4-cü dəfədir ki, “Maşın” üçün savaşırlar.
Həmin siyahını təqdim edirik:

Əməkdar artist Abbas Bağırov 4 dəfə
Müğənni Roza Zərgərli 3 dəfə
Keçmiş aparıcı-bloqqer Günel Hümbətova 2 dəfə
Aktrisa Pərvin Abıyeva 2 dəfə
Müğənni ƏIi Mirəliyev 2 dəfə
Aktyor-aparıcı Azər Axşam 2 dəfə
Həmçinin, aktyorlar- Cavidan Novruz, Məscid Hüseynov, aparıcılar -Mətanət Əliverdiya, Fira Cəlilova, Aytən Səfərova, İlhamə Bədəlova, meyxanaçı Ələkbər Yasamallı, əməkdar artist Ruhəndiz Musəvi, repçilər- Qurd, Uran, viner Hüseyn Əzizoğlu şouda ilk dəfə iştirak edən tanınmışlardır.