3 martda keçirilən buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq?backend

3 martda keçirilən buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, DİM martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Bəs imtahan cavabları nə vaxt elan olunacaq?

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a verilən məlumata görə, 3 mart tarixində keçirilən buraxılış imtahanının nəticələri bu həftə açıqlanmayacaq.
Qeyd edək ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələr 4 həftə ərzində elan olunur. DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına isə martın 4-dən etibarən başlanılıb. Beləliklə, cavabların gələn həftə açıqlanacağı ehtimal edilir.