2018-ci ilin ən yaxşı futbolçusu Luka Modriç seçildibackend

2018-ci ilin ən yaxşı futbolçusu Luka Modriç seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madrid “Real”ı və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) tərəfindən 2018-ci ilin ən yaxşı oyunçusu seçilib.

TİA.AZ bildirir ki, mükafat futbolçuya Londonda xüsusi mərasimdə təqdim olunub.

Ötən mövsümdə futbolçu “Real”ın heyətində UEFA Çempionlar Liqasının qalibi, Xorvatiya yığmasının tərkibində isə dünya ikincisi olub.

Modriçlə yanaşı “ilin futbolçusu” adına daha iki futbol iddia edirdi: “Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldo və “Liverpul”un misirli futbolçusu Məhəmməd Salah.