Zukerberqin hərəkəti fanatları da, döyüşçülər də qəzəbləndirdi – Fotolarbackend

Zukerberqin hərəkəti fanatları da, döyüşçülər də qəzəbləndirdi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 2-nə keçən gecə UFC Fight Night 211 turniri baş tutub. Amma  azarkeşlərin bir o qədər də marağına səbəb olmayan turnir milyarder Mark Zukerberqin diqqətini çəkib. O, arenadakı bütün biletləri alıb və boş zalda həyat yoldaşı ilə döyüşləri izləyib.

UFC nüfuzlu qonağın gəlişindən sosial şəbəkələrdə PR üçün istifadə etməyə çalışsa da, tənqidlərlə üzləşib –  azarkeşlər və döyüşçülər Zukerberqin bu hərəkətini bəyənməyiblər.

Uayt zarafat etdi

Fight Night 211-dən bir qədər əvvəl, turnirin azarkeşlər və jurnalistlər üçün qapalı olacağı barədə məlumatlar yayıldı. Mətbuat konfransında UFC prezidenti Deyn Uayt turnirin tamaşaçısız keçiriləcəyini təsdiqlədi, amma belə bir qərarın verilməsinin səbəblərini açıqlamadı.

“Son vaxtlar çox məşğul olduğunuzu nəzərə alaraq, sizə bir gün istirahət vermək qərarına gəldik. Sizin istirahətə ehtiyacınız var. Evdə qalın, pizza sifariş edin, döyüşlərə baxın, əylənin”, – Uayt zarafatla belə demişdi.

Əsas döyüşçü açıqladı

Məsələnin mahiyyətini isə gecənin əsas döyüşçüsü Makkenzi Dern açıqladı. O bildirdi ki, bütün biletləri milyarder alıb:

“O, orada həyat yoldaşı və dostları ilə olacaq. Kiçik bir dəstə ilə. Belə durumda bir motivasiyam var: döyüşü televiziyada daha çox insan izləyəcək”.

Bu açıqlamadan sonra Uayt sosial şəbəkələrdə məlumatı təkzib etməyə çalışdı. Ancaq nahaq canfəşanlıq etdiyi döyüş gecəsi bəlli oldu. Milyarder həqiqətən də döyüşü arenada həyat yoldaşı və bir neçə dostu ilə izləyirdi.

Arenanı niyə bağlatdırıb?

Bəs Zukerberqi belə addım atmağa nə vadar edib? Ola bilsin ki, gecənin əsas döyüşçüsünün çinli olması. Məsələ burasındadır ki, milyarderin həyat yoldaşı Prisçilla Çan da çinlidir. O, Massaçusetsdə doğulsa da, valideynləri etnik çinlilərdir. Çin idmançıları isə UFC-də nadir hallarda görünürlər. Üstəlik, Çan həm də Dernin də pərəstişkarıdır. Ola bilsin ki, bu amillər ailəni cəlb edib.

Fanatlar və döyüşçülər narazıdırlar

Milyarderin bu hərəkəti azarkeşləri və hətta döyüşçüləri də qəzəbləndirib. Ümumi narazılığı keçmiş UFC döyüşçüsü Al Yakvinta belə xarakterizə edib:

“Zuckerberg Fighting Championship (UFC əvəzinə ZFC). UFC-də ən yaxşı və ən emosional hadisə tamaşaçıların reaksiyasıdır – izdihamın döyüşçüləri dəstəkləyərək çılğınlaşmasıdır. Ona görə də evdə qalın, qardaş”.

Əsas mübarizəyə gəlincə, sensasiya yaşandı. Yan Syaonan autsayder hesab edilsə də, hakimlərin qərarı ilə Makkenzi Derni məğlub etdi.

Tərcümə Aut.az