Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında növbəti istefa baş tutub.
Tribunainfo.az xəbər verir ki, dünən AHİK-in Daxili Nəzarət Şöbəsinin müdiri Babək Orucov vəzifəsindən istefa verib.
Qeyd edək ki, AHİK sədri Sahib Məmmədovun yaxın qohumu və dostu olan Babək Orucov öz ərizəsi əsasında işdən azad edilib. Sahib Məmmədovun sədr seçildiyi ilk gündən yanında olan keçmiş hərbçi, ehtiyatda olan sərhəd xidməti polkovniki Babək Orucovun bu qərarının səbəbi hələlik məlum deyil.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Fərda Uğur