Vətəndaşın şikayəti əsasında “R.Ş.N” Mənzil Tikinti Kooperativi ilə bağlı işə baxılacaq.
Tribunainfo.az xəbər verir ki, məhkəməyə zərərçəkmiş şəxs qismində Talıbova İradə Məmmədqulu qızı müraciət edib . Barəsində inzibati xəta haqqında icraat başladılan MTK İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 528.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
MTK-nın işinə 29 may tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq.
Tərəflərin mövqeyni işıqlandırmağa hazırıq.
Roman