Zelenski gürcü xalqına müraciət etdibackend

Zelenski gürcü xalqına müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna prezidenti Volodimir Zelenski gürcü etirazçılara Ukraynanı dəstəklədiklərinə görə təşəkkür edib.

Tribunainfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski çıxışında bildirib ki, gürcülər mitinqlərdə Ukrayna bayraqlarını açır, Ukrayna himnini səsləndirirlər.

“Bu günlərdə Gürcüstanın meydanlarında və küçələrində Ukrayna bayraqlarını tutan hər kəsə təşəkkür etmək istəyirəm. Tbilisidə səslənən dövlət himnimizə görə təşəkkür etmək istəyirəm. Bu, Ukraynaya hörmətdir və Gürcüstana səmimi hörmətimi ifadə etmək istəyirəm”.
Zelenski vurğulayıb ki, elə bir ukraynalı yoxdur ki, dost Gürcüstanımızın uğurunu arzulamasın:
“Biz Avropa İttifaqında olmaq istəyirik və olacağıq. Biz Gürcüstanın da Avropa İttifaqında olmasını istəyirik və mən əminəm ki, olacaq. Avropanın bütün azad xalqları buna layiqdir”.