Zaqatalada arvadını güllələyən kişi vəkili də öldürəcəkmiş – YENİ FAKTLARbackend

Zaqatalada arvadını güllələyən kişi vəkili də öldürəcəkmiş – YENİ FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada baş verən qətllə bağlı yeni faktlar üzə çıxıb.
Tribunainfo.az bildirir ki, bu gün Zaqatalada arvadını güllələyərək öldürən Məhəmməd Didiyev daha sonra vəkil Əhməd Nəbiyevi öldürmək istəyirmiş. Onun bu planının qarşısı alınıb.

Bu barədə Lent.az-a danışan vəkil Əhməd Nəbiyev bildirib ki, qətlə yetirilən qadın Firəngiz Yusifova bir müddət əvvəl həyat yoldaşından boşanmaq üçün ona müraciət edib: “Xanım ilk dəfə boşanma üçün müraciət edəndə biz Mediasiyaya müraciət etdik. Onlar barışdılar. Lakin sonradan onların yenidən ailə problemləri oldu və qadın boşanmaq üçün bir daha mənə müraciət etdi. Xanımın müraciəti əsasında məhkəməyə ərizə yazdıq. Bu gün səhər isə bu hadisə yaşandı. Məhəmməd Didiyev arvadını öldürdükdən sonra məni də qətlə yetirməyi planlaşdırırmış. Onun qarşısını almasaydılar gəlim məni də öldürəcəkmiş”.

Qeyd edək ki, bu gün səhər Zaqatalada dəhşətli qətl hadisəsi baş verib. Şəhər sakini 38 yaşlı Məhəmməd Didiyev ondan boşanmaq istəyən həyat yoldaşı, 34 yaşlı Firəngiz Yusifovanı güllələyərək öldürüb.

M.Didiyev saxlanılıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq davam edir.