backend

Zakir Həsənov Türkiyə səfiri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.


Bu barədə TİA.AZ-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Sonra türkiyəli diplomat ölkəsinin Azərbaycanda yeni təyin olunan hərbi attaşesi, briqada generalı Zafer Ocakı nazirə təqdim edib.

Hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri ona iki ölkənin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi və digər məsələlər müzakirə olunub.