YOLUXANLARI SAYI AÇIQLANDI – Ölüm sayı artıbbackend

YOLUXANLARI SAYI AÇIQLANDI – Ölüm sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 363 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 820 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 725 nəfər müalicə olunaraq sağalıb, 9 897 nəfər vəfat edib, aktiv xəstə sayı 1 476 nəfərdir.

Ölkədə son sutka ərzində 4 123, hazırkı dövrədək isə 7 225 530 test aparılıb.