GENERAL LEYTENANTIN YERİNƏ POLKOVNİK TƏYİN OLUNDU…backend

GENERAL LEYTENANTIN YERİNƏ POLKOVNİK TƏYİN OLUNDU…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşdən çıxarılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-leytenant Zaur Abdullayevin yerinə təyinat olub.

Tribunainfo.az xəbər verir ki, polkovnik Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini təyin olunub.

Azər Məmmədov əvvəllər Daxili İşlər Nazirliyində çalışıb.

Xatırladaq ki, xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general leytenant Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ötən ay rəis təyin edilib.