Yeni qərar: bu ölkədə söyüş söyənlər sərt cəzalandırılacaqbackend

Yeni qərar: bu ölkədə söyüş söyənlər sərt cəzalandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mərkəzi Asiya ölkəsi olan Qazaxıstanda ictimai yerlərlə bağlı yeni tənzimləmə imzalanıb.

Tribunainfo.az  xarici mediaya istinadən xəbər verir ki, Prezident Tokayevin təsdiqi ilə bu gündən etibarən söyüş söyənlərə veriləcək cəzalar ağırlaşdırılacaq. Bu çərçivədə yenilənmiş İnzibati Xətalar Qanunu qüvvəyə minib. Qanuna əsasən, bundan sonra ictimai yerlərdə söyüş söyən, təhqir edənlər sərt şəkildə cəzalandırılacaq.

Cəzaya alacaq şəxslər sırasına ictimai binalara və yaşayış yerlərinə ziyan vuranlar, habelə ictimai nəqliyyat vasitələrinə zərər vuran, ictimai yerlərə hörmətsizlik edən, ictimai asayişi və insanların dincliyini pozanlar da daxildir.