YAXIN GÜNLƏRDƏ TAXIL MÜQAVİLƏSİ İLƏ BAĞLI DÖRDTƏRƏFLİ ONLAYN MÜZAKİRƏLƏR KEÇİRİLƏCƏKbackend

YAXIN GÜNLƏRDƏ TAXIL MÜQAVİLƏSİ İLƏ BAĞLI DÖRDTƏRƏFLİ ONLAYN MÜZAKİRƏLƏR KEÇİRİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qara Dəniz Təşəbbüsü” ilə bağlı dördtərəfli müzakirələr onlayn şəkildə keçirilə bilər.

Tribunainfo.az Ria Novosti-yə istinadən xəbər verir ki, Türkiyə, BMT, Rusiya və Ukraynanın texniki nümayəndə heyətləri arasında taxıl sazişinin problemli məsələləri üzrə yaxın günlərdə onlayn formatda danışıqların aparılması mümkündür.

Daha əvvəl BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq bildirib ki, gələn həftə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin iştirakı ilə ərzaq sazişi ilə bağlı iclas keçirilə bilər.

“Yaxın günlərdə biz texniki nümayəndə heyətləri arasında danışıqların davam etdiriləcəyini gözləyirik, bu danışıqlar öz inkişaflarını öz səlahiyyətli orqanlarına təqdim edəcək”, – agentliyin həmsöhbəti bildirib.