Yaponiyada yaşlı insanların sayı rekord səviyyəyə yüksəlibbackend

Yaponiyada yaşlı insanların sayı rekord səviyyəyə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada yaşı 65-dən yuxarı olan insanların sayı ilk dəfə olaraq 36,4 milyona çatıb, bu isə Yaponiyanın ümumi əhalisinin 29,1 faizini təşkil edir.

Bu barədə Yaponiya Daxili İşlər və Kommunikasiyalar Nazirliyi məlumat verib.

Məlumatda qeyd olunur ki, cari il ərzində yaşlı əhalinin sayı 220 min nəfər artıb.

Ölkənin kişi əhalisi arasında yaşlılar 26 faiz təşkil edir, qadınlar arasında isə bu göstərici 32 faizə yaxınlaşır.

Yaponiyada işləyən təqaüdçülərin sayı da maksimumu – doqquz milyonu keçib.

Həmçinin təqaüdçülərin 25,1 faizi işləməyə davam edir ki, bu da son doqquz ilin ən yüksək göstəricisidir.