Xocalı yenidən qurulur: Əzəmətli tikinti meydançasını xatırladır (VİDEO)

Xocalı yenidən qurulur: Əzəmətli tikinti meydançasını xatırladır (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalı işğaldan azad olunmuş digər ərazilərimiz kimi əzəmətli tikinti meydançasını xatırladır.

Hazırda Xocalıda 253 mənzildə iş gedir.
İlk sakinlərin köçməsi ilə şəhərdə iaşə obyektləri fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək. Bu ilin sentyabrından isə Xocalı məktəbində tədris başlayacaq. Hazırda məktəbdə son tamamlama işləri görülür.
Xocalı da çaykənarı, eynən Laçında – Həkəri ətrafında salınmış bulvar kimi gəzinti, istirahət yerinə çevriləcək. Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur.
Şəhər ərazisində biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli olmaqla 110 mənzillik binalar da tədricən istifadəyə veriləcək. Bundan əlavə, 18 hektar ərazidə “fin evləri” adlanan 92 kottecin təmiri bitmək üzrədir. Yerli sakinlər də quruculuq prosesinə cəlb ediliblər.
Xocalının Malıbəyli kəndi də yenidən qurulur. Hazırda burada 123 fərdi yaşayış evində işlər aparılır. Malıbəylidəki “Məhşur üçbulaq” ərazisi də abadlaşdırılır. Bulağın ətrafında yeni park salınacaq.
Malıbəylinin bərpasında iştirak edənlərin təqribən 60 faizi elə bu kəndin sakinləridir.
Kəndə qaz, işıq və su xətləri çəkilir. Bu il sakinlərin kəndə köçü planlaşdırılır.
Malıbəylidəki Yeni şəhərcikdə isə müasir tələblərə cavab verən 5 mərtəbəli binalar inşa edilir.
Kənddəki məscidin bərpası istiqamətində də işlər görülür.