Güclü qarın yağmasından sonra Ermənistanın Spitak əhalisi acınacaqlı vəziyyətə düşüb. Tribunainfo.az xəbər verir ki, şəhər əhalisi baş nazir Nikol Paşinyana müraciət edərək, ondan yardım istəyiblər.
Şəhərin və şəhərə gələn yolların qarla örtüldüyünü, yolların açılmadığını qeyd edən spitaklılar, çarəsiz vəziyyətdə olduqlarını deyiblər. “Gecə saat 02:30-dur, biz Spitakdayıq. Yollar qarla örtülüb, təmizləyici texnika yoxdur”.
Bunun ardından erməniləri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, ondan yardım istəyiblər. “Spitakın yollarını təmizləmək istəmirsinizsə, şəhəri Prezident İlham Əliyevə verin. O, bizim yolları qardan təmizləmək üçün lazım olan hər şeyi edər”.