Xırdalanda məktəbin həyətini su basdı – Video

Xırdalanda məktəbin həyətini su basdı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən gecədən başlayan küləklə müşahidə olunan yağış Abşeron rayonu, Xırdalan şəhərində də fəsadlara yol açıb.

Tribunainfo.az xəbər verir ki, Xırdalan şəhəri M.Hüseynzadə küçəsi tamamilə yağış sularına təslim olub. Binaların həyəti, yollar, məktəblərin həyəti, zirzəmilər su ilə dolub.

Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseyin həyətini yağış suları basıb. Məktəbin həyətinə, məktəb binasına girmək mümkün deyil. Sözügedən məktəbdə dərslər tamamilə dayandırılıb.

Xırdalandan sakinlərin göndərdiyi videoları təqdim edirik:

Nigar İxtiyarqızı