XİN: “Ölən Vüqar Hüseynov Azərbaycan vətəndaşı deyil”backend

XİN: “Ölən Vüqar Hüseynov Azərbaycan vətəndaşı deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadakı “Krokus Siti Hall”da baş verən terror aktında Azərbaycan vətəndaşının ölməsinə dair məlumata münasibət bildirib.
Bu barədə qurumdan  məlumat verilib.
Qeyd olunub ki, həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.
Xatırladaq ki, daha əvvəl sözügedən hadisə nəticəsində bir nəfər azərbaycanlının həlak olması barədə məlumat yayılmışdı.
Qeyd edək ki, ötən axşam “Krocus Siti Hall” mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 150-dən çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.